“Varşava Belarusla sərhədlərin tamamilə bağlanması ehtimalını qəbul edir”.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik deyib.
“Polşa müxtəlif vəziyyətlərə hazırdır və mən Belarusla sərhəddə hərəkətin olmayacağını istisna etməzdim”, - deyə nazir müavini əlavə edib.
O, respublikanın növbəti qərarlar qəbul etməzdən əvvəl Minskdən “müəyyən siqnallar” gözlədiyini də vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər