“Polşa hərbçiləri 240-dan çox miqrantı öldürüb”

polsa-herbcileri-240-dan-cox-miqranti-oldurub
Oxunma sayı: 1651

“Polşa hərbçiləri sərhəddə 240-dan çox miqrantı öldürüb”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusdan siyasi sığınacaq istəyən polşalı əsgər Emil Çeçko Belarusun İstintaq Komitəsinə bildirib.

İstintaq Komitəsinin məlumatına görə, cinayət işinin istintaqı zamanı Emil Çeçko bildirib ki, 2021-ci ilin iyunun 8-dən başlayaraq xidmət apardığı hərbçilərlə birlikdə sərhəd zolağında və Semyanuvka yaşayış məntəqəsinin yaxınlığında mütəşəkkil qətllərdə iştirak edib.

Polşalı hərbçinin sözlərinə görə, o, 240-dan çox insanın öldürülməsindən xəbərdardır.

Qeyd edək ki, Çeçko dekabrın 16-sı sərhəd zolağında saxlanılıb. O, Polşanın miqrant böhranı ilə bağlı həyata keçirdiyi siyasətlə razı olmadığından Belarusdan siyasi sığınacaq istəyib. O, Polşanı miqrantların və iki könüllünün sistematik şəkildə qətlində ittiham edib və etiraz edib ki, özü də miqrantlara atəş açmaq məcburiyyətində olub. Polşa rəhbərliyi isə Çeçkonu fərarilikdə ittiham edib və onu axtarışa verib. O, 10 ilə müddətə qədər həbs oluna bilər.

Xatırladaq ki, yayda Yaxın Şərq və Afrikadan olan qaçqınlar Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədinə axın edib. Miqrantlar Qərbi Avropaya keçməyə can atıb. Noyabr ayında iki ölkə sərhədində vəziyyət gərginləşib. Polşa tərəfi bu zaman miqrantların sərhədi güc yolu ilə keçmək cəhdinin qarşısını alıb.