Polşa lokdaunu ləğv edir

polsa-lokdaunu-legv-edir
Oxunma sayı: 2448

Polşa regional prinsiplər əsasında aprelin 22-dən etibarən pandemiya ilə bağlı lokdaunu ləğv edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Silezya və Aşağı Silezya, Velikopoljski, Lodski, Opolski regionlarında yoluxma sayı yüksək olduğundan əvvəlki məhdudiyyətlər hələlik saxlanılır.

Digər regionlarda isə sabahdan etibarən 1-3-cü siniflərdə hibrid tədris formasına keçiləcək, gözəllik salonları, kosmetoloji mərkəzlər, bərbərxanalar yenidən fəaliyyətə başlayacaq.