Polşa mətbuatı da “Başakşehir”in Mahirə görə 750 minlik təklifindən yazdı

polsa-metbuati-da-basaksehirin-mahire-gore-750-minlik-teklifinden-yazdi
Oxunma sayı: 1811

Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə görə Polşanın “Legiya” klubuna təkliflər gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, M.Emreli hələ də klubun oyunçusudur və o, müqavilə olan oyunçular siyahısındadır.

Yerli mətbuat "Başakşehir"in Emreli ilə anlaşdığını, lakin hələ də "Legiya" ilə anlaşma məsələsinin rəsmiləşmədiyini təsdiqləyib.

Xəbərdə qeyd edilib ki, adıçəkilən klub futbolçunu qanuni yolla almaq istəyir və ona 750 min avro təklif edib.

Yerli nəşr yazır ki, klub hücumçudan üç milyon avro qazanmaq istəyər, lakin bir milyondan aşağı təklif olsa belə, yəqin ki, qəbul olunacaq.

"Legiya"nın idman direktoru Yatsek Zelinski də hücumçu haqqında danışıb:

“Bu mövzunu şərh etmək çətindir, çünki bir cümlə oyunçuya və ya kluba zərər verə bilər. Məsələni daha müsbət həll etmək olar. Bu, tərəflər üçün daha yaxşı olar”.

Xatırladaq ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.