Polşa Prezidenti ilə Zelenski 3-cü dəfə görüşdü - Foto

polsa-prezidenti-ile-zelenski-3-cu-defe-gorusdu
Oxunma sayı: 1324

Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə polşalı liderin Mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı prezidentlərin və nümayəndə heyətlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş ikitərəfli danışıqları olacaq.

Duda Ukrayna Prezidentinin çağırdığı Krım platformasının 2-ci sammitində də iştirak edəcək.

Qeyd edək ki, bu, prezidentlərin müharibə başlayandan sayca üçüncü görüşüdür.