Polşa prezidenti koronavirusa yoluxdu

polsa-prezidenti-koronavirusa-yoluxdu
Oxunma sayı: 919

Polşa Prezidenti Andjey Dudaya koronavirus diaqnozu qoyulub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Blajey Spixalskiy məlumat verib.

"Dünən prezident Andjey Duda koronavirus testindən keçib. Test pozitiv nəticələnib",- deyə Spixalskiy Tvitter hesabında yazıb.

Mətbuat katibinin sözlərinə görə, prezident özünü yaxşı hiss edir.