Polşa Prezidenti Andjey Duda xərçəng xəstəliyinə tutulmuş ukraynalı uşaqları şəxsi təyyarəsi ilə İtaliyaya aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident feysbuk hesabında paylaşım edib.
Dövlət başçısı bildirib ki, uşaqlar Romadakı xəstəxanaların birində müalicə olunacaqlar.
Dudanın sözlərinə görə, uşaqlar arasında ən kiçiyi Rusiyanın Ukraynaya hücumundan iki ay əvvəl doğulmuş körpə Viktoriyadır.

Son xəbərlər
Son Xəbərlər