Polşa Prezidenti Andjey Duda yenidən koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dudanın ofisinin nümayəndəsi Pavel Şrot açıqlayıb.
Onun sözlərinə görə, Andjey Duda ətrafında koronavirusa yoluxan şəxslər olduğundan test verib, nəticə müsbət olub.
Şrotun sözlərinə görə, Prezident özünü yaxşı hiss edir, ağır simptomları yoxdur və həkimlərin müşahidəsi altındadır.
Qeyd edək ki, Duda birinci dəfə 2020-ci ilin oktyabrında koronavirusa yoluxmuşdu.
Son xəbərlər
Son Xəbərlər