Polşa Rusiya səfirinin ölkədən çıxarılmasından imtinanın səbəbini açıqladı

polsa-rusiya-sefirinin-olkeden-cixarilmasindan-imtinanin-sebebini-aciqladi
Oxunma sayı: 2891

Polşanın Baş naziri Mateuş Moravetski Varşavanın hazırda Rusiya səfirini ölkədən qovmaqdan imtina etməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Moravetski bu haqda “Polsat” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, belə bir qərar Avropa İttifaqı və ya NATO səviyyəsində qəbul edilməlidir.

“Müxtəlif ölkələrdə səfirlər var. NATO bütövlükdə Avropa Birliyi kimi belə bir addım atmayıb və biz də belə bir addım atmağa cəsarət etməmişik”.

Moravetski Rusiya səfirinin ölkədən çıxarılmasının sadə məsələ olduğunu qeyd edərək, belə bir halda Moskvanın cavab olaraq Polşa səfirini göndərəcəyini izah edib. O əlavə edib ki, tərəflərdən heç biri belə nəticədə maraqlı deyil, çünki bu, qarşılıqlı informasiya axınında çətinlik yaradacaq.

Qeyd edək ki, Polşanın Baş naziri Rusiyanın ölkədəki səfirliyindən binaların növbəti geri çəkilməsi üzərində işləyəcəyini vəd etmişdi. O vurğulayıb ki, bu yaxınlarda Varşavadakı binalardan biri Moskvadan götürülüb.