Polşa Rusiyadan 2,3 milyon dollar tələb etdi

polsa-rusiyadan-23-milyon-dollar-teleb-etdi
Oxunma sayı: 716

Varşava məhkəməsi Rusiyanın Polşanın paytaxtında yerləşən diplomatik binadan istifadəsi üçün bu ölkədən 2,3 milyon dollar tələb edib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidmətinin rəhbəri Dorot Trautman bildirib. 

Qeyd olunur ki, Varşava bələdiyyəsi Rusiya tərəfini 2009-2015-ci illər ərzində daşınmaz əmlakdan müqavilə olmadan istifadə etməkdə təqsirləndirərək 2,3 milyon dollar borcu qaytarmağı tələb edib. 

Qərardan iki həftə ərzində şikayət verilə bilər.