Polşa Ukrayna ilə bu halda sərhədi bağlayacaq

polsa-ukrayna-ile-bu-halda-serhedi-baglayacaq
Oxunma sayı: 994

“Bu, xəyal ssenarisi deyil, amma təəssüf ki, Varşavanın tələbləri Brüssel və Kiyevdə eşidilməzsə, Polşa Ukrayna ilə sərhədi bağlamalı olacaq”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Tusk qeyd edib ki, sərhədin bağlanmasının öz nəticələri olacaq, çünki qərar ikitərəfli olacaq.

Onun sözlərinə görə, bu mövzunu Ukraynanın Baş naziri Denis Şmıqalla müzakirə edib və o bildirib ki, Kiyev ticarət dövriyyəsinə gəldikdə sərhədi bağlamağa hazırdır.