Polşa Ukraynaya göndəriləcək Sovet istehsalı olan “MiQ-29” tipli döyüş təyyarələrinin bir hissəsinin təslim edildiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Polşa Prezidenti Andjey Dudanın xarici siyasət üzrə baş müşaviri Marçin Pşidaç açıqlama yayıb.
O, bu haqda Polşanın RMF FM radiosuna açıqlama verib.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 5-də Polşaya səfəri zamanı Ukraynaya gələcək dəstək barədə müzakirələr aparılacaq”, - deyə müşavir əlavə edib.
Son xəbərlər
Son Xəbərlər