Polşa və Rusiya diplomatlarını deportasiya etdilər

polsa-ve-rusiya-diplomatlarini-deportasiya-etdiler
Oxunma sayı: 2181

Polşa Rusiyanın üç diplomatını ölkədən deportasiya edir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə polşa Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Persona non qrata” elan edilən diplomatların ölkədən xaric edilməsinin səbəbi kimi onların “diplomatik statusun qaydalarını pozması” və “Polşa Respublikasının mənafeyinə zidd hərəkətlər etməsi” göstərilib.

Polşanın bu addımına qarşılıq olaraq Rusiya da polşalı üç diplomatı “persona non qrata” elan edib”.