Polşada 13 nəfər koronavirusdan sağaldı

polsada-13-nefer-koronavirusdan-sagaldi
Oxunma sayı: 1672

Polşada daha əvvəl koronavirusa yoluxan 13 nəfər sağalıb. “Qafqazinfo” bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş sanitar inspektoru Yaroslav Pinkas deyib.

“Biz gündə 1500-ə yaxın test edirik. 13 nəfər sağalıb. Bu, yaxşı məlumatdır”, - Pinkas bildirib.

Ən son məlumatlara görə, Polşada 93 nəfər koronavirusa yoluxub. Ölkədə ilk yoluxma faktı martın 4-də qeydə alınıb.