Polşada bar və restoranlar bağlanır

polsada-bar-ve-restoranlar-baglanir
Oxunma sayı: 1359

Polşada bar, restoran və digər ictimai qida müəssisələri bağlanır. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında bildirib.

“Biz klubları, barları, restoranları, bütün əyləncə mərkəzlərini bağlamaq qərarına gəldik, çünki orada insanlar toplaşır”, - hökumət başçısı deyib.

O qeyd edib ki, bütün restoranlar, kafelər və digər müəssisələr çatdırılma xidmətini təqdim edə bilərlər.  

Öz növbəsində, ölkənin Səhiyyə naziri Lukaş Şumovski bildirib ki, ictimai qida müəssisələri ilkin mərhələdə 14 gün bağlı olacaq, bu müddət başa çatdıqdan sonra uzadıla bilər.