Polşada Ceyhun Bayramovun iştirakı ilə üçtərəfli görüş olub?

Polşada Ceyhun Bayramovun iştirakı ilə üçtərəfli görüş olub?
Oxunma sayı: 1617

Bu gün ölkə mediasında xarici işlər naziri Ceyhun Bayramovun Polşada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli və ermənistanlı həmkarları Mövlud Çavuşoğlu ilə Ararat Mirzoyan arasında ayaqüstü üçtərəfli qısa söhbət aparması barədə məlumat yayılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan XİN sözügedən görüşün keçirilməsi barədə məlumatları təkzib edib.

Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyanın sözlərinə görə, sessiyanın açılış mərasimindən əvvəl Ermənistan, Türkiyə, Azərbaycan, Avstriyanın XİN rəhbərləri, eləcə də Avropa İttifaqının Ali komissarı protokol çərçivəsində ayaqüstü söhbət aparıb və qeyd olunan görüş üçtərəfli xarakter daşımayıb.