Polşada kütləvi davaya hazırlaşan çeçenlər və ermənilər saxlanıldı

polsada-kutlevi-davaya-hazirlasan-cecenler-ve-ermeniler-saxlanildi
Oxunma sayı: 1714

Polşa polisi Krakovda kütləvi davaya hazırlaşan 20-dək Çeçenistan və Ermənistan vətəndaşını saxlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar iri ticarət mərkəzinin yaxınlığında futbol dələduzları ilə hesablaşmağa hazırlaşırmış. Polis onların avtomobilində qanunsuz vasitələr – narkotik və silah aşkarlayıb.

Televiziya kanallarından birinin iddiasına görə, dava qanunsuz siqaret ticarəti üstündə başlayacaqmış. Polis əvvəlcədən planlaşdırılan qarşıdurma haqda xəbər tutub və insidentin qarşısı alınıb.