Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edildi

polsada-rusiyaya-casusluq-etmekde-subheli-bilinen-sexs-hebs-edildi
Oxunma sayı: 1470

Polşada Rusiyanın lehinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalındakı Qdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib.

Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi qeyd olunub.

Prokurorluğun sözçüsü sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını deyib.

Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.