Polşadan 100 azərbaycanlı Bakıya gətirildi - Fotolar

Polşadan 100 azərbaycanlı Bakıya gətirildi
Oxunma sayı: 1876

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətdən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirmişdi.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi