Polşadan Azərbaycana quş idxalına qadağa qoyuldu

polsadan-azerbaycana-qus-idxalina-qadaga-qoyuldu
Oxunma sayı: 1399

Polşa ərazisindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Məlumatda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşadan respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət olunub.”