Polşalı fermerlər Ukrayna ilə sərhədi tamamilə bağlamaq istəyir

polsali-fermerler-ukrayna-ile-serhedi-tamamile-baglamaq-isteyir
Oxunma sayı: 1228

Polşa fermerləri yanvarın 20-də Ukrayna ilə sərhədi tamamilə bağlamaq istəyirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

“Təkcə sərhəd keçidləri deyil, həm də kommunikasiya mərkəzləri və yükdaşıma dəmir yolu stansiyalarına və dəniz limanlarına giriş yolları bağlanacaq”, - etiraz təşkilatçıları bildiriblər.

Xatırladaq ki, Ukrayna ilə sərhəddə olan polşalı fermerlər bütün lazımi sənədləri təqdim etmələrinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinə məxsus texnikanı daşıyan yük maşınını buraxmaqdan imtina ediblər. Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, Polşa-Ukrayna sərhədində 1300 yük maşınından ibarət növbə yığılıb. Blokadaya görə keçid məntəqəsindən hərəkət həm avtomobillər, həm də avtobuslar üçün çətinləşib.

Qeyd edək  ki, bundan əvvəl Avropa Komissiyası Polşa təhlükəsizlik qüvvələrini Ukrayna mallarının polşalı fermerlərin onlara mane olduğu sərhəddən tranzit keçməsi üçün hər şeyi etməyə çağırıb.