Polşalı nazir istefa verdi

polsali-nazir-istefa-verdi
Oxunma sayı: 1072

Polşanın maliyyə naziri Tadeuş Koşinski istefa verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşada hakim Qanun və Ədalət partiyasının (ZiS) nümayəndəsi Anita Çervinskaya məlumat verib.

Onun sözlərinə görə, “nazir yeni vergi prinsiplərinin tətbiqi zamanı yol verilmiş nöqsanlara görə siyasi məsuliyyəti öz üzərinə götürüb”.

Yeni namizədin təyin olunmasınadək maliyyə naziri vəzifəsini baş nazir Mateuş Moravetski yerinə yetirəcək.
Qeyd edək ki, Koşinski 2019-cu ilin noyabrında maliyyə naziri vəzifəsinə təyin edilib.