Polşanın Xarici İşlər naziri istefa verdi

polsanin-xarici-isler-naziri-istefa-verdi
Oxunma sayı: 1184

Polşanın Xarici İşlər naziri Yasek Çaputoviç vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa XİN-in Mətbuat xidməti məlumat yayıb.

Polşa XİN-dən verilən məlumata görə, nazir istefa ilə bağlı açıqlamasında "Prezident seçkilərindən sonra Polşa diplomatiyasının rəhbərini dəyişdirməyin vaxtı çatıb",-deyə bildirib.

Qeyd edək ki, bir gün əvvəl Polşanın Səhiyyə naziri Lukaş Şumovski də vəzifəsindən istefa vermişdi.