Poltava Azərbaycanlıları Radası ictimaiyyətə təqdim edildi - Video

poltava-azerbaycanlilari-radasi-ictimaiyyete-teqdim-edildi
Oxunma sayı: 1466

Ukraynadakı Azərbaycan Diasporu yeni yaradılan Poltava Azərbaycanlıları Radasını ictimaiyyətə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, açılışda icma fəalları, vilayət rəsmiləri, diplomatlar və media mənsubları iştirak ediblər.

Regional qurumun iş strategiyası və hədəfləri açıqlanıb. Hədəf - qalib Azərbaycanın sülh və inkişaf ideyalarını təbliğ etmək, yerli idarəetmə orqanlarında mümkün qədər çox təmsil olunmaq, peşəkar gəncləri ictimaiyyətə tanıtmaq, yaradıcı və innovativ fikirlərə dəstək olmaqdır.