Pomidora qoyulan qadağa qüvvədə qaldı

pomidora-qoyulan-qadaga-quvvede-qaldi
Oxunma sayı: 720

Rusiya pomidordan başqa Türkiyədən bütün qidaların idxalına hazırdır.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin köməkçisi Arkadi Dvorkoviç məlumat verib.

Onun sözlərinə görə, Türkiyədən idxal edilən qidalara qoyulan qadağanın götürülməsi pomidora şamil edilməyəcək. O deyib ki, pomidor idxalına qoyulan qadağa ən az 3 il davam edəcək.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən il Türkiyəyə qoyulan iqtisadi sanksiyaların ləğvi ilə bağlı dünən qərar imzalayıb.