ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo Kiyevə rəsmi səfərə gəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Yeqor Bojok məlumat verib.
Yanvarın 31-də Dövlət Departamentinin rəhbəri bir sıra görüşlər keçirəcək. O, Ukrayna Prezidenti Vladimir Zelenski, Xarici İşlər Naziri Vadim Pristayko, eləcə də Müdafiə naziri Andrey Zaqorodnükla görüşəcək.
Xatırladaq ki, Pompeo Ukraynaya hələ yanvarın 3-də səfər etməli idi. Lakin səfər İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən ertələnməli olmuşdu.
Son xəbərlər
Son Xəbərlər