Pompeo ilə Lavrovun görüş tarixi açıqlandı

pompeo-ile-lavrovun-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 730

ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun görüş tarixi bəlli olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar mayın 6-da bir araya gələcəklər.

Pompeo ilə Lavrov Finlandiyada Arktika Şurası nazirlərinin iclası çərçivəsində görüşəcəklər.

Onlar Venesueladakı böhranı müzakirə edəcəklər.