Pompeo Moskva səfərinin tarixini dəyişdi

pompeo-moskva-seferinin-tarixini-deyisdi
Oxunma sayı: 741

ABŞ Dövlət katibi Mayk Pompeo mayın 13-nə planlaşdırılmış Moskva səfərini təxirə salıb.

“Qafqazinfo”nun xəbərinə görə, o bu gün Brüsselə səfər edərək Avropa İttifaqının nümayəndələri ilə İranla bağlı məsələni müzakirə edəcək. Sabah isə Soçidə Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşəcək. 

Kremldən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin də Pompeonu qəbul edə bilər. 

Qeyd edək ki, daha öncə M. Pompeonun 13-14 may tarixlərində Rusiyaya səfər edəcəyinə dair məlumat yayılmışdı.