Pompeo Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırdı

Pompeo Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırdı
Oxunma sayı: 676

ABŞ Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırır. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniyanın Xarici İşlər naziri ilə danışıqların yekunlarına dair ABŞ-ın Dövlət katibi Maykl Pompeo bildirib.

“Biz, həmçinin bütün ölkələr üçün, xüsusilə də Rusiya üçün, Belarusun suverenliyinə hörmət etmək zərurətini müzakirə etdik”, - Pompeo deyib.

O, etirazları “ruhlandırıcı” adlandırıb və Minski “qəddarlığı” dayandırmağa çağırıb.

O, həmçinin ABŞ-ın Belarus hakimiyyətindən “ABŞ vətəndaşının dərhal azad edilməsini” tələb etdiyini bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi