ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo yanvarın sonunda Ukraynaya səfər edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Ukrayna Prezidentinin Mətbuat Xidməti Vladimir Zelenski və Maykl Pompeonun telefon danışığına istinadən xəbər verib.
Qeyd edək ki, daha əvvəl Pompeo Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə olan səfərlərini ABŞ-ın İraqdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyası səbəbindən təxirə salmışdı. ABŞ Dövlət Departamentinin rəhbəri həmin ölkələrə 3-7 yanvar tarixlərində səfər etməli idi.
Son xəbərlər
Son Xəbərlər