ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini Amerika vətəndaşlarını İran həbsxanalarından humanitar səbəblərə görə dərhal azad etməyə çağırıb.
“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Pompeonun bu çağırışı İran həbsxanalarında sürətlə yayılmaqda olan koronavirus yoluxucu xəstəliyi ilə əlaqəlidir.
“İran həbsxanalarında “COVID-19” koronavirusunun yayılması xəbərləri ciddi narahatlıq doğurur və bütün Amerika vətəndaşlarının tam və dərhal azad edilməsini gərəkdirir. Onların getdikcə pisləşən şəraitdə saxlanması insanlığa ziddir”, - deyə Pompeo açıqlamasında bildirib.
Qeyd edək ki, hazırda İran həbsxanalarında 4 ABŞ vətəndaşı saxlanılır.
Son xəbərlər
Son Xəbərlər