Pompeonun müavini Belarus XİN başçısına zəng etdi

pompeonun-muavini-belarus-xin-bascisina-zeng-etdi
Oxunma sayı: 1588

Amerika tərəfinin təşəbbüsü ilə Belarusun Xarici İşlər naziri Vladimir Makeylə ABŞ-ın Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “BelTA”ya Belarus XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

“Həmsöhbətlər Belarusdakı seçkisonrası vəziyyəti müzakirə ediblər, həmçinin gələcək ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - Belarus nazirliyində qeyd ediblər.

XİN-in Mətbuat Xidmətinin məlumatına görə, Vladimir Makey Belarus Respublikasının suverenliyini və müstəqilliyini daim dəstəklədiyinə görə Amerika tərəfinə təşəkkürünü bildirib.