Meksikada Popokatepetl vulkanında partlayışlar davam edir.
“Qafqazinfo” xəbər verir ki, Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi (CENAPRED) tərəfindən edilən açıqlamada, Popocatepetldə son 24 saatda 7 partlayışın baş verdiyi qeyd olunub.
Püskürmə zamanı 149 dəfə qaz və kül buraxıldığı bildirilib.
Vulkanın ağzından çıxan külün küləyin təsiri ilə havaya qarışaraq şimala doğru yayıldığı deyilir.
Açıqlamada şimaldakı yaşayış məntəqələrində yüngül küləkli çovğun olacağının gözlənildiyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər