Poqba “Yuventus”un oyunçusu ola bilər

poqba-yuventusun-oyuncusu-ola-biler
Oxunma sayı: 1313

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Yuventus”un oyunçusu ola bilər.  “Qafqazinfo” bildirir ki, bu barədə “le10sport.com” xəbər verib.

Mənbənin məlumatına görə, 27 yaşlı fransızın keçidi ilə bağlı turinlilər oyunçunun agenti Mino Rayola ilə danışıqlara başlayıblar.

Qeyd edək ki, 2019/20 mövsümündə Poqba “Mançester Yunayted”də 8 matç keçirib. Onun hesabında ilk nəticəli ötürmə var. “Transfermarkt.com” portalı onu 80 milyon avro dəyərində qiymətləndirir.