Pornoulduz millimizin üzvü və ulduz futbolçu ilə görüşüb

pornoulduz-millimizin-uzvu-ve-ulduz-futbolcu-ile-gorusub
Oxunma sayı: 4102

Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb.

Qafqazinfo” “Spiegel.de” saytına istinadən xəbər verir ki, Gina-Liza Pərdis-Fərcad Azadla həmin hadisədən sonra görüşüb və yenə də birlikdə olublar. Həmin görüşdə Almaniya milli komandasının və “Bavariya”nın müdafiəçisi Jerom Boatenq də iştirak edib.

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə Berlin məhkəməsinə müraciət edərək bildirib ki, Pərdis Fərcad-Azad və Sebastian adlı şəxs onu zorlayıb. Növbəti məhkəmə prosesi 27 iyun tarixində keçiriləcək.