Poroşenko Administrasiya rəhbərini işdən çıxarıb? - Yenilənib

porosenko-administrasiya-rehberini-isden-cixarib
Oxunma sayı: 1001

Ukrayna dövlət başçısı Petro Poroşenko Prezident Administrasiyasının rəhbəri Aleksey Filatovu vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “Ukrainskie novosti” administrasiyadakı mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Poroşenko artıq bununla bağlı müvafiq sərəncam imzalayıb. 

Sərəncamın prezident seçkilərinin ikinci turunun keçiriləcəyi gün, aprelin 21-də dərc olunmağı planlaşdırılır.

Filotovun hazırda xarici ölkələrdən birində olduğu bildirilib.

***

Prezident Administrasiyası məlumatı təkzib edib. açıqlamada bildirilir ki, Aleksey Filotov işdən çıxarılmayıb, o, hazırda işinin başındadır.