Kiyevin Şevçenkov rayonunda Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buhtatovun cəsədi tapılıb. “Qafqazinfo”nun “Ukrainskaya pravda”ya istinadən məlumatına görə, onun ölüm səbəbi açıqlanmır.
Kiyev Polis İdarəsinin mətbuat katibi Yaroslov Trakola bildirib ki, məhkəmə ekspertizasından sonra səbəb bəlli olacaq.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd olunur ki, 45 yaşlı Buhtatov Prezident Administrasiyasının İnformasiya Siyasəti Baş İdarəsinin baş məsləhətçisi işləyib.

Son xəbərlər
Son Xəbərlər