Poroşenko Britaniyaya gedir

porosenko-britaniyaya-gedir
Oxunma sayı: 707

Ukrayna prezidenti Petro Poroşenko yaxın zamanlarda Böyük Britaniyaya səfər edəcək.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Bu barədə Poroşenkonun Britaniya XİN rəhbəri Boris Conson və Polşa xarici işlər naziri Vitolda Vaşşikovski ilə görüşündən sonra məlumat verilib.

Prezident Böyük Britaniya və Polşaya Ukraynanı ərazi bütovlüyünü dəstəklədikləri üçün təşəkkür edib.

Tərəflər danışıqlar zamanı Donbasdakı vəziyyəti, Rusiyaya qarşı sanksiyaları və Avropa İttifaqı ilə vizasız rejimin tətbiq edilməsi məsələsini müzakirə ediblər.