Poroşenko Dövlət İstintaq Bürosunda dindirilir

porosenko-dovlet-istintaq-burosunda-dindirilir
Oxunma sayı: 838

Ukraynanın sabiq Prezidenti, “Avropa həmrəyliyi” partiyasının lideri Petro Poroşenko Dövlət İstintaq Bürosuna gedib.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, o, rəsmi olaraq 8 avqustda dindirilməyə çağırılsa da, bu gün sorğu-sual olunmaq üçün büroya gedib.

Qurumun mətbuat katibi Anjelika İvanova keçmiş dövlət başçısının 1 saatdan az olmayaraq dindiriləcəyini bildirib.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.