Poroşenko geri qayıtdı

porosenko-geri-qayitdi
Oxunma sayı: 3360

Bir neçə gün əvvəl Niderlandda Avropa xalq partiyası nümayəndələrinin toplantısında iştirak etmək üçün ölkəsini tərk edən Ukraynanın eks-prezidenti, Ali Radanın hazırkı deputatı Pyotr Poroşenko geri qayıdıb. 

Bu barədə “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Poroşenko Lvovdadır.

Qeyd edək ki, Petro Poroşenko ölkədən üçüncü cəhddən sonra çıxa bilmişdi. O, buna icazə verilməsi üçün Prezident Volodimir Zelenskiyə müraciət etmişdi və istəyinə çatmışdı.