Poroşenko hakim qarşısında - Foto

porosenko-hakim-qarsisinda
Oxunma sayı: 1652

Ukrayna prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunan eks-prezident Viktor Yanukoviçin işi üzrə ifadə verir.

“Qafqazinfo” xəbər verir ki, Poroşenko prezident administrasiyasından videokonfrans yolu ilə məhkəmə zalına bağlanıb. 

Bu gün məhkəmə kollegiyası ittiham tərəfinin şahidlərinin dindirilməsini başa çatdıracaq.

Qeyd edək ki, Yanukoviç bilərəkdən ölkə sərhədlərinin dəyişdirilməsi məqsədi ilə Rusiya hökumət təmsilçilərinə yardım etməkdə ittiham olunur.