Ukrayna prezidenti Petro Poroşenko İsrailə səfər edib.
“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Poroşenko İsrail prezidenti Reuven Rivlinlə görüşdə Rusiyanın ötən ilin noyabrında həbs etdiyi 24 ukraynalı hərbçinin sərbəst buraxılması üçün yardım göstərməsini istəyib.
Görüşdə iki ölkə arasında sərbəst ticarət müqaviləsi də imzalanıb. Razılaşma çərçivəsində İsrail və Ukrayna məhsulları daha ucuz qiymətə iki ölkənin bazarlarına çıxarılacaq.
Qeyd edək ki, 24 ukraynalı hərbçi Rusiya sərhədlərini pozduğu iddiası ilə Kerç boğazında saxlanılıblar. Məhkəmə onlar haqqında 24 aprelə qədər həbs cəzası verib.
Son xəbərlər
Son Xəbərlər