Poroşenko iyulun 13-də Bakıya gəlir

porosenko-iyulun-13-de-bakiya-gelir
Oxunma sayı: 947

Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.