Ukrayna prezidenti Petro Poroşenko Pereyaslav-Xmelnitski şəhərində “Gənclərin fikirləri vacibdir. NATO və Avropa birliyinə üzv olmağın perspektivləri” adlı forumda tələbələrlə görüşüb.
“Qafqazinfo” “112 Ukraina” portalına istinadən xəbər verir ki, o, Ukraynanın Avropa Birliyinə üzv olmasından danışarkən bütün boş vaxtlarında samba rəqsi edən kubalıları xatırladaraq Azadlıq adasına getmiş Ukrayna nümayəndə heyətinin belə onları işləməyə məcbur edə bilməyəcəyini söyləyib.
“Lətifəyə əsasən tərəflər “Gəlin işləyək! Samba olmayacaq” şüarı altında mitinq keçirmək qərarına gəlirlər. Mitinq iştirakçıları bir araya gələndə Fidel deyir: “Gəlin işləyək! Samba yoxdur!”. Və camaat rəqs etməyə başlayır”, - deyə Poroşenko zarafat edib.
Prezidentin fikrincə, Ukraynanın Avropaya inteqrasiyası məsələsi də buna oxşayır. O, “Bunun əleyhinə olmayan kimisə tapmaq lazımdır. Başlayaq...” deyərək yenidən rəqs edib.
Son xəbərlər
Son Xəbərlər