Ukraynanın eks-prezidenti Petro Poroşenko dövlət mühafizəsindən imtina edərək ailəsi ilə birlikdə Türkiyəyə yola düşüb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Poroşenko özü ərizə yazıb.
O, ailəsi ilə İstanbula uçub. Keçmiş prezidentin Türkiyəyə istirahət etmək üçün getdiyi ehtimal olunur.
Qeyd olunur ki, onun qohumlarının bir qismi ötən həftə, Poroşenkonun özü də daxil olmaqla digərləri isə iyulun 28-də İstanbula uçub.
Son xəbərlər
Son Xəbərlər