Bu gün Ukrayna prezidenti Petro Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko ilə əlaqə saxlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə prezident Tvitter hesabında yazıb. O bildirib ki, anası Mariya İvanovna və bacısı Vera ilə birlikdə Nadejdadan aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Ona razılaşdığı üçün təşəkkür edirik.
Qeyd edək ki, aprelin 18-də Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub. Onlar həmçinin, Nadejda Savçenko ilə bağlı məsələni, Rusiya vətəndaşları Yevqeni Yerofeyev və Aleksandr aleksandrovun taleyi haqda danışıblar.
Son xəbərlər
Son Xəbərlər