Poroşenko namizədliyini irəli sürəcəyini elan etdi

porosenko-namizedliyini-ireli-sureceyini-elan-etdi
Oxunma sayı: 746

Ukraynanın hazırkı rəhbəri Petro Poroşenko növbəti prezident seçkilərinə qatılmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, Poroşenko bunu “Krutdan Brüsselə qədər. Biz öz yolumuzla gedirik” adlı forumda canlı yayım zamanı açıqlayıb: “Ölkə, keçmiş və indiki nəsillər qarşısında hiss etdiyim məsuliyyət hissi məni yenidən namizəd olmağa vadar etdi”.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçiriləcək. Artıq 22 nəfərin namizədliyi təsdiqlənib. Onların arasında azərbaycanlı Roman Nəsirov da var.

Aysel Kərimova