Poroşenko Obama ilə görüşdü

porosenko-obama-ile-gorusdu
Oxunma sayı: 721


“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, sentyabrın 18-də Oval Ofisdə danışan Obama “Rusiyanın əvvəlcə Krımı, bu yaxınlarda isə Ukraynanın şərqində ayrı-ayrı hissələri işğal etməsini” pisləyib.

Obama Poroshenko-nun Ukraynaya rəhbərliyi alqışlayıb, deyib ki, bu rəhbərlik “Ukrayna tarixində çox mühüm bir məqamda vacib olub”.

Obama deyib ki, Birləşmiş Ştatlar Ukraynaya ölkənin üzləşdiyi böhranın diplomatik həllini tapmaqda kömək edəcək.

Poroshenko Birləşmiş Ştatların Ukraynana göstərdiyi “nəhəng” dəstəyə görə Obamaya təşəkkürünü bildirib.

Poroshenko bildirib ki, o, Obama ilə enerji məsələsi müzakirə edib. Onun sözlərinə görə, gələn həftə ABŞ “komandası” Ukraynada olacaq, ölkənin enerji durumunu və gələn qışla bağlı ehtiyaclarını öyrənəcək.