Poroşenko ona sual verən qadına bu hərəkəti etdi, tənqid olundu - Video

porosenko-ona-sual-veren-qadina-bu-hereketi-etdi-tenqid-olundu
Oxunma sayı: 2366

Ukrayna prezidenti Petro Poroşenkonun Zaporojye sakinləri ilə görüşü zamanı qalmaqallı hadisə yaşanıb.

“Qafqazinfo” “Ren TV”yə istinadən xəbər verir ki, Poroşenko ona sual verən qadının papağını başından çıxararaq üstünə atır. Prezidentin bu hərəkəti birmənalı qarşılanmayıb. Ukraynalı siyasətçi Yelena Lukaş hesab edir ki, Poroşenko bununla kifayətlənməyə də bilərdi:

“Əlinə qılınc alıb onu kəsə də bilərdi”. Prezident administrasiyası isə Poroşenkonun hərəkətini “təsadüfi hadisə” kimi dəyərləndirilib. 

Ehtimal edilir ki, prezidentin gözlənilməz reaksiyasına səbəb qadının jurnalist Anatoli Şariyanın təqib edilməsi ilə bağlı sual verməsi olub.