Poroşenko onu Azərbaycana yeni səfir təyin etdi

porosenko-onu-azerbaycana-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 1236

Prezident Petro Poroşenko Ukraynanın Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.

"Qafqazinfo"  xəbər verir ki, bu barədə fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib. Fərmana əsasən, Ukraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub.

Vladislav Kanevski bundan əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin təhlil və planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.